Serbiya Prezidenti Aleksandar Vuçiç serblərin ABŞ Prezidenti Donald Trampa olan sevgisinin səbəblərini açıqlayıb.
Vuçiç "Breitbart" nəşrinə müsahibəsində bildirib ki, Tramp vacib məsələləri mühafizəkar baxış bucağından qaldırır.
O, serblərin həmişə ABŞ-ni sevdiyini və "Amerika arzusu" hekayəsini bəyəndiyini vurğulayıb.
Vuçiç əlavə edib ki, Tramp ailə dəyərləri ilə bağlı məsələləri açıq şəkildə qaldırmaq cəsarətinə malikdir.
Serbiya lideri Trampı Serbiyaya səfərə dəvət edib və onu 100 mindən çox insanın qarşılayacağını deyib.












