"Volkswagen" (VW) konserni 2025-ci ilin sonuna qədər 19,000 əməkdaşını işdən çıxarmağı planlaşdırır.
"Reuters" xəbər verir ki, ixtisarlar xərcləri azaltmaq üzrə genişmiqyaslı planın bir hissəsidir.
Şirkət tələbin azalması, elektromobil satışındakı çətinliklər və Çin rəqabəti səbəbindən sıxıntı yaşayır.
2024-cü ildə VW zavodları bağlamağı və on minlərlə işçini ixtisar edəcəyini açıqlamışdı. 2030-cu ilə qədər işçi sayının 28,000 nəfər azaldılması hədəflənir.












