Bond.az White LogoBond.az Black Logo

WUF13 Azərbaycanda: Özbəkistan mediasının diqqətində

WUF13 Azərbaycanda keçiriləcək. Özbəkistan mediası forumu geniş işıqlandırır. Bakı qlobal şəhərsalma platformasına çevrilir.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) xarici medianın, xüsusilə də Özbəkistan mətbuatının diqqət mərkəzindədir.

Oxu.Az xəbər verir ki, forumla bağlı Özbəkistan Dövlət İnformasiya Agentliyi Uza.uz, tanınmış Zamon.uz informasiya portalı geniş material hazırlayıb.

Yazılarda Azərbaycanın qlobal urbanizasiya proseslərində artan roluna diqqət çəkilərək, qeyd olunur ki, Bakı artıq təkcə regionun deyil, həm də beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəliyinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib.

Məqalələrdə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. O bildirib ki, WUF13 Azərbaycanın müasir şəhərsalma baxışını və inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm qlobal platformadır.

F.Şahbazlı qeyd edib ki, forum çərçivəsində xüsusilə Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri xüsusi diqqət çəkir. Burada tətbiq olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və müasir nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın yeni urbanistik modelinin əsas istiqamətlərini təşkil edir.

Onun sözlərinə görə, bu model yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, eyni zamanda sosial inklüzivlik, milli memarlıq irsinin qorunması və ekoloji balansın təmin edilməsinə əsaslanır.

F.Şahbazlı açıqlamasında qeyd edib ki, Bakıdakı forum Azərbaycanın beynəlxalq nüfuzunun və təcrübəsinin daha bir nümunəsi olmaqla yanaşı, ölkənin təqdim etdiyi "insan mərkəzli şəhər" modelini dünya gündəminə çıxarır və gələcəyin şəhərlərinə dair yeni baxış formalaşdırır.

Ümumiyyətlə, Özbəkistan mediasında yayılan materiallarda Azərbaycan və Özbəkistan arasında şəhərsalma, memarlıq və regional inkişaf sahələrində əməkdaşlığın son illərdə daha da gücləndiyi vurğulanıb. Xüsusilə postmünaqişə dövründə ərazilərin bərpası sahəsində Azərbaycanın təcrübəsi Özbəkistan ictimaiyyəti tərəfindən maraqla izlənilir.

Bildirilib ki, WUF13 təkcə qlobal müzakirə platforması deyil, həm də türk dünyası ölkələri arasında yeni urbanistik əməkdaşlıq modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər
Bu gün / 09:01
|
937

Güclü maqnit qasırğası gözlənilir

İyulda güclü maqnit qasırğası gözlənilir. 2 iyul axşam X1.1 partlayışı nəticəsində G3 səviyyəli qasırğa ola bilər.

0
Bu gün / 09:00
|
845

İspaniyada isti hava 1000-dən çox ölümə səbəb oldu

İspaniyada 2026-cı ilin iyun ayında isti hava 1000-dən çox ölümə səbəb oldu. Temperatur rekordları və xəbərdarlıqlar haqqında məlumat.

0
Bu gün / 08:32
|
898

Rubio Vensə güzəştə gedir: Ağ Evdə nə baş verir?

ABŞ dövlət katibi Marko Rubio, Vens namizəd olarsa, prezidentliyə namizəd olmaqdan çəkilir. Ağ Evdəki son vəziyyət.

0
Bu gün / 08:02
|
537

İsrail Qəzzada HƏMAS-ın dörd silahlısını öldürüb

İsrail Müdafiə Ordusu Qəzzada HƏMAS-ın dörd silahlısını məhv etdiyini açıqlayıb.

0
Bu gün / 08:02
|
665

Aviaşirkətlər Lyayenə müraciət etdi

Avropanın hava limanları və aviaşirkətləri Ursula fon der Lyayendən sərhəd yoxlamalarının müvəqqəti dayandırılmasını istəyir.

0
Bu gün / 07:00
|
743

Trampın kripto qazancı 1 milyard dolları keçdi

ABŞ Prezidenti Donald Tramp və ailəsi 2025-ci ildə kriptovalyuta biznesindən 1 milyard dollardan çox gəlir əldə edib.

0
Bu gün / 06:31
|
710

Vens: ABŞ İranla 'qamçı və kökə' siyasəti yeridir

ABŞ vitse-prezidenti Cey Di Vens İranla münasibətlərdə 'qamçı və kökə' siyasətindən danışıb.

0
Bu gün / 06:30
|
283

Venesuelada zəlzələ: sağ qalanlar var

Venesuelada baş verən zəlzələdən sonra dağıntılar altında sağ qalanlar aşkarlanır. Xilasedicilər 44 yaşlı kişini xilas etməyə çalışır.

0
Bu gün / 06:00
|
476

Netanyahu: Müharibə bitməyəcək

Netanyahu İran, HƏMAS və Hizbullahla müharibənin bitməyəcəyini söylədi. İsrail güclü olmalıdır, deyən baş nazir düşmənlərin zəiflədildiyini vurğuladı.

0
Bu gün / 05:31
|
497

Pensilvaniyada təhlükəli yük qatarı relsdən çıxdı

Pensilvaniyada təhlükəli maddələr daşıyan yük qatarı relsdən çıxıb. 13 vaqon aşıb, xəsarət yoxdur.

0
Bu gün / 05:30
|
585

ABŞ-İran danışıqları müsbət dəyərləndirildi

ABŞ-İran danışıqları Qətərdə müsbət qiymətləndirildi. Stiv Uitkoff və Cared Kuşner Dohada səmərəli görüş keçirdi.

0
Bu gün / 05:02
|
531

Qəhvə və şokolad yenidən bahalaşa bilər

El-Ninyo hava fenomeni qəhvə və şokoladın qiymətini artıra bilər. Kakao və qəhvə məhsuldarlığına təsirlər, qiymət artımı və istehlakçıya təsiri haqqında məlumat.

0
...
WUF13 Azərbaycanda: Özbəkistan mediasının diqqətində | Bond.az