Bond.az White LogoBond.az Black Logo

Xamenei ilə vida günlərində 850 məhbus əfv olunacaq

İran ali lideri Əli Xamenei ilə vida günlərində 850 məhbusun əfv ediləcəyi açıqlanıb. Vida mərasiminin təxmini tarixləri açıqlanıb.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

İran rəhbərliyi, həlak olmuş ali lider Əli Xamenei ilə vida mərasimi günlərində yüngül cinayətlər törətmiş ən azı 850 məhbusun əfv edilməsi barədə göstəriş verib.

Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Pul Kompensasiyalarının Ödənilməsi üzrə Xalq Qərargahının qəyyumlar şurasının sədri Seyid Əsədullah Culai açıqlama verib:

"Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş 850 məhbusun azadlığa buraxılmasını dəstəkləmək məqsədilə bazar günü dövlət və ictimai qurumların nümayəndələrinin iştirakı ilə keçirilən xüsusi iclasda ölkənin bütün 31 əyalətindən daxil olan işlərə baxılıb. Nəticə etibarilə maliyyə öhdəliklərinə görə həbsdə olan 520 nəfərin, eləcə də nikah müqavilələri və aliment ödənişləri ilə bağlı işlər üzrə məhkum edilmiş 330 nəfərin azadlığa buraxılması barədə qərar qəbul edilib."

Əli Xamenei ilə vida mərasiminə iyulun 3-də Tehranda başlanılacaq. Matəm tədbirinə ən azı 30 ölkədən gələn yüksəksəviyyəli nümayəndə heyətləri qatılacaq. İyulun 4-dən 5-dək onun nəşi Tehranın Mosalla kompleksində saxlanılacaq. İyulun 6-da paytaxtın mərkəzi küçələrində matəm yürüşü keçiriləcək. Cənazə daha sonra Qum şəhərinə aparılacaq. Dəfn mərasimi iyulun 9-da Məşhəd şəhərində planlaşdırılıb.

Digər Xəbərlər
Bu gün / 12:32
|
588

Rusiya Ukraynada iki kəndi ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb.

0
Bu gün / 12:30
|
977

Çexiyada uşaq düşərgəsinə ildırım düşdü

Çexiyada uşaq düşərgəsini ildırım vurub, 5 uşaq və 1 böyük olmaqla 6 nəfər xəsarət alıb.

0
Bu gün / 11:31
|
378

ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb

ABŞ-nin Florida ştatında atasının maşında unutduğu uşaq yüksək temperaturdan həyatını itirib. Hadisə ilə bağlı polis araşdırma aparır.

0
Bu gün / 10:32
|
542

Zalujnı prezidentliyə namizədliyini açıqladı

Valeri Zalujnı prezident seçkilərində iştirak edəcəyini Zelenskiyə bildirib. Sorğular Zalujnının reytinqinin daha yüksək olduğunu göstərir.

0
Bu gün / 10:30
|
953

Qarabağ-Vestri oyunlarının hakimləri bəlli oldu

Qarabağ-Vestri matçlarının UEFA Avropa Liqası təsnifat mərhələsi üçün hakim təyinatları açıqlandı. Moldovalı Roman Jitari ilk oyunu, çexiyalı Marek Radina cavab görüşünü idarə edəcək.

0
Bu gün / 09:01
|
937

Güclü maqnit qasırğası gözlənilir

İyulda güclü maqnit qasırğası gözlənilir. 2 iyul axşam X1.1 partlayışı nəticəsində G3 səviyyəli qasırğa ola bilər.

0
Bu gün / 09:00
|
845

İspaniyada isti hava 1000-dən çox ölümə səbəb oldu

İspaniyada 2026-cı ilin iyun ayında isti hava 1000-dən çox ölümə səbəb oldu. Temperatur rekordları və xəbərdarlıqlar haqqında məlumat.

0
Bu gün / 08:32
|
898

Rubio Vensə güzəştə gedir: Ağ Evdə nə baş verir?

ABŞ dövlət katibi Marko Rubio, Vens namizəd olarsa, prezidentliyə namizəd olmaqdan çəkilir. Ağ Evdəki son vəziyyət.

0
Bu gün / 08:02
|
537

İsrail Qəzzada HƏMAS-ın dörd silahlısını öldürüb

İsrail Müdafiə Ordusu Qəzzada HƏMAS-ın dörd silahlısını məhv etdiyini açıqlayıb.

0
Bu gün / 08:02
|
665

Aviaşirkətlər Lyayenə müraciət etdi

Avropanın hava limanları və aviaşirkətləri Ursula fon der Lyayendən sərhəd yoxlamalarının müvəqqəti dayandırılmasını istəyir.

0
Bu gün / 07:00
|
743

Trampın kripto qazancı 1 milyard dolları keçdi

ABŞ Prezidenti Donald Tramp və ailəsi 2025-ci ildə kriptovalyuta biznesindən 1 milyard dollardan çox gəlir əldə edib.

0
Bu gün / 06:31
|
710

Vens: ABŞ İranla 'qamçı və kökə' siyasəti yeridir

ABŞ vitse-prezidenti Cey Di Vens İranla münasibətlərdə 'qamçı və kökə' siyasətindən danışıb.

0
...
Xamenei ilə vida günlərində 850 məhbus əfv olunacaq | Bond.az