İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur.
Oxu.Az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyaləti valisinin müavini açıqlama verib.
Məlumata görə, dəfn mərasimi Tehrandan başlayacaq, Quma köçürüləcək. Üçüncü gün Məşhəddə keçiriləcək mərasimdən sonra cənazə torpağa tapşırılacaq.
İddialara əsasən, Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.
Qeyd edək ki, mənbədə Xameneinin 28 fevral 2026-cı ildə ABŞ və İsrailin hava hücumları zamanı həlak olduğu iddia edilir. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.












