Alimlər Xəzər dənizinin şərq sahilində, Qazaxıstanın Mangistau vilayətində qədim metallurgiya, zərgərlik və şüşə istehsalına dair sübutlar aşkar ediblər.
Karakabak şəhəri eramızın I-VI əsrlərində mövcud olub və iri sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərib. Qazıntılar zamanı 150-dən çox sikkə tapılıb.
Tapıntılar arasında Parfiya, Bizans və Çin sikkələri var. Alimlər İpək Yolunun bir qolunun buradan keçdiyini ehtimal edir.











