Almaniyanın "Lufthansa" aviaşirkəti yanacaq qıtlığı səbəbindən 40 təyyarənin istismarını müvəqqəti dayandırmağa hazırlaşır.
"Spiegel" nəşri xəbər verir ki, baş icraçı direktor Karsten Şpor əməkdaşlara bildirib ki, yanacaqla bağlı vəziyyət əhəmiyyətli dərəcədə pisləşib.
Şirkət rəhbərliyi fövqəladə hallar üçün iki təxirəsalınmaz fəaliyyət planı hazırlayıb. Planlar 40 təyyarənin dayandırılmasını nəzərdə tutur.
Yekun qərar hələ qəbul edilməyib. Şpor "Bu gün biz sadəcə tədbirlər paketini müəyyənləşdirdik" deyib.
Dayandırma qərarı verilərsə, ən tez iyuldan icra olunacaq.












