Yapon kosmik aparatı Marsın peyki Fobosdan torpaq nümunələri toplamaq üçün Taneqasima adasındakı kosmodroma çatdırılıb. Buraxılışa hazırlıq mərhələsindədir.
Oxu.Az xəbər verir ki, "Kyodo" agentliyi missiyanın 2026-cı ilin payızında "H3" raketi ilə həyata keçiriləcəyini bildirib. Marsa uçuş təxminən bir il davam edəcək.
MMX (Martian Moons eXploration) zondu 2027-2030-cu illərdə Fobos və Deymosu tədqiq edəcək. Eniş aparatı Fobosa enərək ən azı 10 qram torpaq nümunəsi götürəcək.
2031-ci ildə kapsul Yerə çatdırılacaq. Missiya Qırmızı planetin peyklərinin mənşəyini aydınlaşdırmaq məqsədi daşıyır. Fobosa kiçik özüyeriyən modul da endiriləcək.
Qeyd edək ki, 2019-cu ildə "Hayabusa-2" zondu Ryuqu asteroidindən süxur nümunələri götürmüşdü.












