Venesuela və Yaponiyada eyni maqnitudada iki güclü zəlzələ yarım saat fərqlə baş verib.
ABŞ və Yaponiyanın seysmoloji xidmətlərinin məlumatına görə, Venesuelada 7.2 və 7.5 bal gücündə təkanlar Bakı vaxtı ilə 02:04 və 02:05-də qeydə alınıb. Yaponiyanın şimal-şərqində isə 7.2 bal gücündə zəlzələ saat 02:33-də baş verib.
Zəlzələlərin gücü oxşar olsa da, fəsadlar fərqlidir. Venesuelada geniş dağıntılar var, çox sayda itki gözlənilir. Yaponiyada isə yalnız beş nəfər yüngül xəsarət alıb.
Fərqin səbəbi episentrin yeri və dərinliyidir. Venesuelada episentr quruda, 22 və 10 km dərinlikdə olub. Yaponiyada isə episentr okeanda, 50 km dərinlikdə yerləşib.
Yaponiyada binalar zəlzələyə davamlı tikilir, lakin sunami təhlükəsi var. 2011-ci ildəki zəlzələ 10 metrlik sunami yaradaraq çoxlu itkiyə səbəb olmuşdu.











