Yaponiyanın mərkəzi hissəsində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
Ölkənin Milli Meteorologiya İdarəsi bildirib ki, təkanlar Tokio yaxınlığında, 20 km dərinlikdə baş verib.
Yeraltı təkanlar 6 bal intensivlikdə qiymətləndirilib, binalara ziyan vurma riski var.
Erkən xəbərdarlıq sistemi işə düşüb, mobil telefonlar səssiz rejimdə belə səs siqnalı verib.
Tokioda mebel və qab-qacağın yırğalandığı bildirilir.
Sunami təhlükəsi bir neçə dəqiqə sonra ləğv olunub.












