Yaponiyanın Honsyu adası sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bu barədə məlumat yayıb.
Zəlzələnin episentri Aomori prefekturasının Haçinohe şəhərindən 70 km cənub-şərqdə yerləşib. Yeraltı təkan 59 km dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.












