Yaponiyada naməlum heyvan insana hücum edərək onu parçalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Japan Today" nəşri məlumat yayıb.
Məlumata görə, bədəninin yarı hissəsi yeyilmiş insan qalıqları Tokionun qərbindəki dağlıq ərazidə aşkar edilib. Həlak olan şəxsin kimliyini, həmçinin cinsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.
Parçalanmış cəsədin tapıldığı yerin yaxınlığında iri yırtıcı heyvana aid izlər qeydə alınıb. Müstəntiqlər hadisənin ayı tərəfindən törədildiyini ehtimal etsələr də, başqa bir vəhşi heyvanın hücum etməsi versiyasını da istisna etmirlər.
Faciənin baş verdiyi ərazidən bir bel çantası və trekkinq (gəzinti) çubuqları tapılıb.












