ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yaşıl kart (Green Card) üçün yeni qaydalar açıqlayıb. Yüksək ixtisaslı mütəxəssislər artıq ABŞ-dən kənarda müraciət etmək məcburiyyətində deyil.
Bloomberg-in məlumatına görə, nazirlik ilkin sərt mövqeyindən geri çəkilib. Əvvəlki qayda immiqrantların əksəriyyətinin müraciət üçün ABŞ-ni tərk etməsini tələb edirdi.
Yeni bəyanatda vurğulanır ki, bu tələb yüksək ixtisaslı namizədlərə şamil edilməyəcək. Lakin bəzi ərizəçilər yenə də xaricdəki səfirliklər vasitəsilə prosesə başlamalı olacaqlar.
Dəyişikliklər artıq daimi rezident olanlara təsir etməyəcək.












