ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə döyüşlərdən zərər çəkmiş bəzi hərbi bazalardan qoşunların çıxarılması ehtimalını nəzərdən keçirir.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset Sinqapurdakı səfirlikdə jurnalistlərə bildirib.
“Qərarı Prezident Tramp verəcək və bu, onun gələcək strategiyasından asılıdır. Regiondakı tərəfdaşlıqlarımızı qiymətləndiririk və qərarlar nəticələrə əsaslanacaq” deyə Heqset vurğulayıb.
Heqset əlavə edib ki, hazırda ABŞ qüvvələri mövqelərini qoruyur və lazım gələrsə yenidən əməliyyatlara qoşulmağa hazırdır.
O, həmçinin İranın ABŞ-la danışıqlarda nüvə ambisiyalarından imtina edəcəyinə inandığını və gələcək razılaşmanın ABŞ maraqlarına uyğun olacağını deyib.












