Yay aylarında bəzi qidaların istehlakını məhdudlaşdırmaq sağlamlıq üçün vacibdir.
Rusiyalı endokrinoloq Aleksey Kalinçev bildirib ki, isti havalarda yağlı qidalar, xüsusilə də yağlı ət az yeyilməlidir.
Dietoloq Natalya Lazurenko isə mayonezli hazır salatlardan uzaq durmağı məsləhət görür, çünki yüksək temperatur bakteriyaların sürətli çoxalmasına səbəb olur.
Ekspertlər qeyd edir ki, təzə görünən qidalar da təhlükəsiz olmaya bilər. Yayda bağırsaq infeksiyaları, susuzlaşma və həzm pozuntuları riski artır.
Uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif olanlar xüsusilə diqqətli olmalıdır. Təzə hazırlanmış yeməklər, yüngül tərəvəz salatları və qısa müddət saxlanılan qidalar üstünlük verilməlidir.












