Yer kürəsinin fırlanması son 3.6 milyon il ərzində müşahidə olunmamış templə yavaşlamağa başlayıb.
Elm adamları birhüceyrəli dəniz orqanizmlərinin daşlaşmış qabıqlarını təhlil edərək bu nəticəyə gəliblər. Okean dibindəki qalıqlar keçmişdəki dəniz səviyyəsini göstərir.
Yavaşlamanın əsas səbəbi iqlim dəyişikliyinin törətdiyi qütb buzlaqlarının əriməsidir.












