Bond.az White LogoBond.az Black Logo

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı. Ursula fon der Lyayen haqqında təhqiqat başlanıldı. Aİ liderlərinin iştirak etdiyi qalmaqal.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ liderləri ilə apardığı gizli yazışmalarla bağlı qalmaqalın mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ursula fon der Lyayen barəsində təhqiqat başlanılıb. Buna səbəb kimi Avropa Komissiyasının Niderlandda fəaliyyət göstərən "Follow the Money" təşkilatının tələbinə baxmayaraq, qrup çatındakı yazışmaları ictimaiyyətə açıqlamaqdan imtina etməsi göstərilir.

Qeyd olunur ki, sözügedən məxfi yazışmalarla bağlı ilk məlumatlar bu ilin yanvar ayında mediada yayılmışdı. Bildirilir ki, araşdırmaya Aİ ombudsmanı Tereza Anjinyo tərəfindən başlanılıb və bununla bağlı rəsmi məktub ötən həftə Avropa Komissiyasına göndərilib.

Məlumata əsasən, gizli qrup çatının iştirakçıları arasında Almaniya kansleri Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Böyük Britaniyanın Baş naziri vəzifəsindən ayrılan Kir Starmer də yer alıblar.

Bundan əvvəl də "Berliner Zeitung" Ursula fon der Lyayenin korrupsiya ittihamları fonunda Volodimir Zelenskini açıq şəkildə müdafiə etməsinə görə tənqid olunduğunu yazmışdı. Fon der Lyayenə qarşı irəli sürülən əsas ittihamlardan biri onun, xüsusilə, Ukraynaya ayrılan iri maliyyə vəsaitləri fonunda, Zelenskini mümkün məsuliyyətdən kənarda saxlamağa çalışması ilə bağlıdır.

Xatırladaq ki, Ursula fon der Lyayen əvvəlki çıxışlarında Ukraynaya göstərilən dəstəyin artırılmasının vacibliyini dəfələrlə vurğulayıb və yardım həcminin ikiqat artırılmasına çağırış edib.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...