Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır. Bu məlumatı Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının həkimi Tural Sadıqov bildirib.
Həkim qeyd edib ki, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunur, huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. O, miokard infarktı diaqnozu ilə müalicə alır.
Xatırladaq ki, 77 yaşlı sənətçi infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib və hazırda Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsindədir.
