Bond.az White LogoBond.az Black Logo

Arkadağda S.Ə.Şirvani və D.Azadiyə həsr olunan konfrans

Arkadağ şəhərində Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib. Tədbir haqqında ətraflı məlumat.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, maarif xadimi Seyid Əzim Şirvani (1835-1888) və tanınmış türkmən şairi Dövlətməmməd Azadinin (1695-1760) yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Dövlətməmməd Azadi adına Şəhər Kitabxanasında təşkil edilən konfransdan əvvəl tədbir iştirakçıları kitabxana ilə tanış olublar.

Konfrans Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri Kərim Tahirov və Türkmənistan ədəbiyyatşünasları çıxış edərək hər iki ədibin həyat və yaradıcılıq yolundan söz açıblar.

Qeyd olunub ki, XVIII əsr klassik türkmən ədəbiyyatının inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində xidmətləri olan Dövlətməmməd Azadi təxminən 40 illik yaradıcılıq fəaliyyətində humanist duyğular carçısı kimi şöhrət qazanıb. Onun oğlu Məhtimqulu Fəraqi isə təkcə Türkmənistanda deyil, bütün türk dünyasında böyük şöhrət qazanıb.

Bildirilib ki, Seyid Əzim Şirvani klassik qəzəl məktəbinin qüdrətli nümayəndəsi olmaqla yanaşı, XIX əsrdə Azərbaycanda maarifçi düşüncənin inkişafına mühüm töhfələr verib. O, eyni zamanda Azərbaycan şairlərinin tərcümeyi-halını və əsərlərindən nümunələri kitab ("Təzkirə") şəklində nəşr etdirib.

Çıxışlardan sonra Azərbaycan və türkmən qiraətçiləri hər iki şairin şeirlərini səsləndiriblər.

Milli muğam üçlüyünün müşaiyəti ilə S.Ə.Şirvani və D.Azadinin qəzəlləri əsasında muğam və təsniflər ifa olunub.

Digər Xəbərlər
Bu gün / 06:30
|
311

Türkmənstanda sərgi: Azərbaycan obyektivdən tarixə

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycan – obyektivdən tarixə” sərgisi təqdim edildi.

0
Bu gün / 06:01
|
588

Arkadağda S.Ə.Şirvani və D.Azadiyə həsr olunan konfrans

Arkadağ şəhərində Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib. Tədbir haqqında ətraflı məlumat.

0
Dünən / 20:02
|
789

Kazım Abdullayev: Səhnədə ölüm təhlükəsi

Xalq artisti Kazım Abdullayev "Qapqara" verilişində səhnəyə olan bağlılığını və ailəsinə vaxt ayıra bilmədiyini danışır.

0
2026-06-05 09:03
|
904

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri Tağıyev: Neft filmi ilə başladı. Adil Kərimli rəhbərliyində nümayəndə heyəti qardaş ölkədə səfərdədir.

0
2026-06-05 07:02
|
635

Afaq Bəşirqızı Əməliyyat Olundu

Xalq artisti Afaq Bəşirqızı uğurlu əməliyyat keçirdi. Həkim riskləri, reabilitasiya prosesi və aktrisanın öz sözləri.

0
2026-06-05 05:32
|
847

Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri başlayır. Konsert, sərgi və digər tədbirlərlə zəngin proqram təqdim olunur.

0
2026-06-04 17:33
|
811

"Düşmənə qarşı tək" filminin təqdimatı

Natiq Qasımova həsr olunmuş süni intellektlə hazırlanan "Düşmənə qarşı tək" filminin təqdimatı Bakıda keçirilib. Tədbirdə dövlət rəsmiləri və qazilər iştirak edib.

0
2026-06-04 09:33
|
228

Sükut içində addımlar filminin Krakov premyerası

Sükut içində addımlar filminin dünya premyerası Krakov Film Festivalında baş tutdu. Qarabağda minatəmizləyən qadınlar haqqında sənədli film.

0
2026-05-31 17:01
|
317

Tağlı körpü: mədəniyyətləri birləşdirən tarix

Qubadakı Tağlı körpü: müsəlmanlar və dağ yəhudilərini birləşdirən tarixi abidə. İki əsrlik memarlıq irsi.

0
2026-05-31 08:01
|
268

Oqtay Zülfüqarov: uşaq musiqisinin dəyərli bəstəkarı

Oqtay Zülfüqarovun doğum günü münasibətilə onun uşaq musiqisinə töhfələri, məşhur əsərləri və həyat hekayəsi haqqında məlumat.

0
2026-05-31 06:01
|
725

Sara Qədimova: Azərbaycan muğam əfsanəsi

Sara Qədimova haqqında məqalə: onun həyatı, muğam ifaçılığı və Azərbaycan musiqisində rolu.

0
2026-05-30 19:32
|
220

Cavid Kurbanov: Dindarlar ölümə sevinməli idi

Cavid Kurbanov dindarların axirət inancını şübhə altına alır: Ölümə sevinmək lazım idi.

0
...