Mədəniyyət naziri Adil Kərimli kitabxana sahəsindəki problemləri açıqlayıb. O bildirib ki, kitabxanaların infrastrukturu və məzmunu ilə bağlı çatışmazlıqlar var.
Nazir Milli Məclisin Mədəniyyət komitəsində keçirilən ictimai müzakirədə çıxış edib. O qeyd edib ki, hazırda kitabxanalar əhalinin tələbatının yalnız 35%-ni qarşılayır.
Hədəf 2025-ci ilədək əhatə dairəsini 95%-ə, gələcəkdə isə 100%-ə çatdırmaqdır. Bunun üçün yeni kitabxana xidmət şəbəkəsi formalaşdırılır.
Nazir əlavə edib ki, hər il kitab alışına dövlət büdcəsindən 600 min manat ayrılır. Elmi və elmi-kütləvi nəşrlərin alınması prioritetdir.












