Abşeronun qədim müdafiə tikililərindən biri olan Nardaran qəsri orta əsr Azərbaycan memarlığının nadir nümunələrindəndir.
Tarixi mənbələrə görə, qəsr XIV əsrdə inşa olunub və həm müdafiə, həm də müşahidə məqsədi daşıyıb.
Bakının Nardaran qəsəbəsində yerləşən bu möhtəşəm abidə qalın divarları, yarımdairəvi bürcləri və üçmərtəbəli qülləsi ilə seçilir.
Qəsrin birinci mərtəbəsində susuz quyu var – bu, yeraltı yolun başlanğıcıdır. Yol Nardaran pirindən Şirvanşahların yay iqamətgahına aparır.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan Nardaran qəsri bu gün də öz əzəmətini qoruyur.
Fotoreportajı təqdim edirik.












