Mayın 31-də Azərbaycanın Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür.
O, 1929-cu ildə Bakının Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi təhsilini violonçel sinfində alıb, Qara Qarayevin tələbəsi olub.
Bəstəkar uşaq musiqisinin inkişafında mühüm rol oynayıb. “Qız-ulduz”, “Pişik və Sərçə”, “Meşə nağılı” operalarının müəllifidir. “Şəngülüm, Şüngülüm və Məngülüm” musiqili komediyası, simfonik əsərləri məşhurdur.
Onun “Şənlən, mənim xalqım” uvertürası 1962-ci ildə Moskvada laureat adı qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini bitirib və müəlliminin tövsiyəsi ilə uşaq mahnıları yazmağa başlayıb.
2010-2012-ci illərdə “Sehrli alma” baletini yazıb. “Tumurcuq” və “Aysel” uşaq teatrlarına rəhbərlik edib. Şeirləri “Oxuyur Aysel” toplusunda nəşr olunub.
1972-ci ildə “Əməkdar incəsənət xadimi”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2009-cu ildə “Şöhrət” ordeni alıb. Uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub.
O, 60 ildən çox uşaq mahnıları yaradıb. Ən məşhur əsərləri: “Əlibaba və 40 quldur”, “Sehrli alma” baletləri, “Meşə nağılı”, “Pişik və Sərçə”, “Qız-ulduz” operaları, “Şəngülüm, Şüngülüm və Məngülüm” komediyası. “Ala-bula boz keçi”, “Ay pipiyi qan xoruz” kimi mahnıların müəllifidir.
Filmlərə də musiqi bəstələyib: “Cırtdan”, “Cırtdanın yeni sərgüzəşti”, “Leyla və onun dostları”, “Qayınana”, “Aslan və iki öküz”.
Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə, 87 yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.












