Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
Tədbirdən əvvəl Milli Kitabxana tərəfindən teatrın foyesində geniş kitab sərgisi təşkil olunub. Sərgidə Sabir Rüstəmxanlının bütün kitabları nümayiş etdirilib və dörd yeni kitab təqdim edilib.
Gecədə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.
Videoçarxla başlayan gecədə Samir Şərifov baş nazirin təbrik məktubunu oxuyub. Akademik Rəfael Hüseynov, İsa Həbibbəyli, Fəzail İbrahimli çıxış ediblər.
Bədii hissədə şairin şeirləri səsləndirilib, mahnılar ifa olunub. "Cavad xan" filmindən hissə göstərilib. Sonda Sabir Rüstəmxanlı təşəkkür edib, gecə "Zəfər" rəqsi ilə başa çatıb.











