Bond.az White LogoBond.az Black Logo

Şuşada 'Xarıbülbül' festivalı başa çatdı

Şuşada keçirilən 'Xarıbülbül' IX Beynəlxalq Musiqi Festivalı başa çatdı. Konsert proqramı və iştirakçıların təəssüratları haqqında məlumat.

Aydın Nəbiyev
Müəllif:Aydın Nəbiyev- Senior Editor
|
0

Şuşada keçirilən "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, festival Xalq artisti Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb.

Həmin görüntüləri təqdim edirik:

14:18

Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı davam edir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın ikinci gününün ilk musiqi təqdimatı Xan qızı Natəvanın sarayının qarşısında keçirilib.

Burada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub.

"Romans və mahnı səhəri" adlı konsert proqramında görkəmli bəstəkarlar Arif Məlikov, Cahangir Cahangirov, Fikrət Əmirov, Qara Qarayev, Oqtay Kazımi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Üzeyir Hacıbəyli və Vasif Adıgözəlovun sevilən əsərləri səslənib.

Dillər əzbəri olan həmin bəstələri gənc istedadlı musiqiçilər Aqşin Abdullayev, Elnarə Məmmədova, Həmid Abdulov, İsmayıl Zeynalov, Mara Hüseynova ifa ediblər.

İncəsənət xadimləri və tamaşaçılar festival ilə bağlı təəssüratlarını bölüşüblər. Əməkdar artist Aqşin Abdullayev Şuşada çıxış etməyin onun üçün xüsusi məna daşıdığını vurğulayıb. O bildirib ki, "Xarıbülbül" Musiqi Festivalının Azərbaycanın musiqi beşiyi sayılan Şuşada yenidən keçirilməsi böyük əhəmiyyət kəsb edir. Aqşin Abdullayev torpaqlarımızın azad olunmasından sonra Azərbaycan musiqisinin Xan qızı Natəvanın sarayının önündə səsləndirilməsini tarixi hadisə kimi dəyərləndirib, konsertin yüksək ovqatda keçdiyini qeyd edib.

Müğənni İsmayıl Zeynalov "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında ilk dəfə iştirak etdiyini vurğulayaraq, bu dəvətin onda unudulmaz təəssüratlar yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, Şuşanın özünəməxsus zəngin atmosferi və təkrarolunmaz koloriti belə mötəbər tədbirlərə xüsusi ruh qatır. İsmayıl Zeynalovun sözlərinə görə, festival həm ifaçılar, həm də tamaşaçılar üçün parlaq və yaddaqalan anlarla zəngindir, Şuşa isə öz tarixi əzəməti ilə bu cür musiqi bayramlarına ən çox yaraşan məkan, əsl sənət məbədidir.

Qarabağ Universitetinin tələbəsi Kənan Mehdizadə də festivalın iştirakçısı olmaqdan böyük məmnunluq duyduğunu ifadə edib. O, zəngin konsert proqramı çərçivəsində Azərbaycan bəstəkarlarının ölməz əsərlərini canlı dinləməyin gənclər üçün unudulmaz və xoş anlar yaşatdığını vurğulayıb. Kənan Mehdizadə bu mötəbər sənət bayramının yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını çatdırıb.

Digər Xəbərlər
Bu gün / 16:31
|
579

Qurtuluş konserti: Filarmoniyada tarix səhnədə

Azərbaycanın Qurtuluş Salnaməsi konserti Filarmoniyada baş tutdu. Milli Qurtuluş Gününə həsr olunan tədbirdə şagirdlər çıxış etdi.

0
Bu gün / 08:01
|
664

Kitab alışına dövlət 600 min manat ayırır

Mədəniyyət naziri Adil Kərimli kitabxana sahəsində problemləri və dövlətin kitab alışına ayırdığı vəsaiti açıqlayıb.

0
Dünən / 14:31
|
929

Puşkinin nadir nəşrlərini kim oğurlayıb?

Parisdə məhkəmə prosesi: Avropa kitabxanalarından Puşkinin nadir nəşrlərinin oğurlanması ilə bağlı 7 şəxs ittiham olunur.

0
2026-06-07 11:31
|
516

Nardaran qəsri: yeraltı yol və fotolar

Nardaran qəsri haqqında məlumat: yeraltı yol, tarix, memarlıq və fotolar. Abşeronun qədim müdafiə tikilisi.

0
2026-06-07 07:31
|
229

Azərbaycan və Türkmənistan rəqs ansamblları birgə konsert verdi

Azərbaycan və Türkmənistan Dövlət Rəqs ansambllarının Arkadağ şəhərində birgə konserti keçirilib. Milli rəqslər və at şousu tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

0
2026-06-07 06:30
|
311

Türkmənstanda sərgi: Azərbaycan obyektivdən tarixə

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycan – obyektivdən tarixə” sərgisi təqdim edildi.

0
2026-06-07 06:01
|
588

Arkadağda S.Ə.Şirvani və D.Azadiyə həsr olunan konfrans

Arkadağ şəhərində Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans keçirilib. Tədbir haqqında ətraflı məlumat.

0
2026-06-06 20:02
|
789

Kazım Abdullayev: Səhnədə ölüm təhlükəsi

Xalq artisti Kazım Abdullayev "Qapqara" verilişində səhnəyə olan bağlılığını və ailəsinə vaxt ayıra bilmədiyini danışır.

0
2026-06-05 09:03
|
904

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri Tağıyev: Neft filmi ilə başladı. Adil Kərimli rəhbərliyində nümayəndə heyəti qardaş ölkədə səfərdədir.

0
2026-06-05 07:02
|
636

Afaq Bəşirqızı Əməliyyat Olundu

Xalq artisti Afaq Bəşirqızı uğurlu əməliyyat keçirdi. Həkim riskləri, reabilitasiya prosesi və aktrisanın öz sözləri.

0
2026-06-05 05:32
|
847

Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri başlayır. Konsert, sərgi və digər tədbirlərlə zəngin proqram təqdim olunur.

0
2026-06-04 17:33
|
811

"Düşmənə qarşı tək" filminin təqdimatı

Natiq Qasımova həsr olunmuş süni intellektlə hazırlanan "Düşmənə qarşı tək" filminin təqdimatı Bakıda keçirilib. Tədbirdə dövlət rəsmiləri və qazilər iştirak edib.

0
...