Bond.az White LogoBond.az Black Logo

Üzeyir Hacıbəyovun Koroğlu operası nümayiş etdirilib

Üzeyir Hacıbəyovun Koroğlu operası Heydər Əliyev Sarayında nümayiş etdirildi. Baş rollarda Yusif Eyvazov və Afaq Abbasova.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Bu gün Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəyovun "Koroğlu" operası növbəti dəfə səhnələşdirilib.

Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Quruluşçu rəssamlar SSRİ Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, baletmeyster SSRİ Xalq artisti Qəmər Almaszadə, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Koroğlu (Rövşən) obrazını Xalq artisti Yusif Eyvazov, Nigar obrazını Əməkdar artist Afaq Abbasova canlandırıb. Yusif Eyvazov bildirib: "Koroğlu çox mürəkkəb roldur. İkinci dəfədir səhnəyə çıxıram, amma 30 dəfədən sonra özümü bu obrazda hiss edəcəm. Xarici səhnələrlə müqayisədə Vətəndə çıxış daha böyük məsuliyyətdir."

Afaq Abbasova isə qeyd edib: "Dahi Üzeyir bəyin şah əsəri "Koroğlu"da Nigar obrazı ilə səhnəyə çıxmaq böyük xoşbəxtlikdir. Aylarla davam edən məşqlərimizin nəticəsidir."

Tamaşada Həsən xan rolunu Mahir Tağızadə ilk dəfə, Ehsan paşa obrazında Fəhmin Əhmədli, İbrahim xan rolunda Nazim Mahmudov, Həmzə bəy obrazında Tural Ağasıyev, Alı rolunda Əkrəm Poladov, Təlxək obrazında Əliəhməd İbrahimov, Polad rolunda Mirəli Sarızadə (ilk dəfə), Eyvaz obrazında Nəzər Bəylərov, Xanəndə qız rolunda Nəzakət Teymurova, əyan rollarında Məhəmməd Şəmmədov və Cavidan İsayev (ilk ifa) çıxış edib. Carçı rolunu da Əliəhməd İbrahimov ifa edib.

Digər Xəbərlər
Dünən / 11:02
|
643

Şəhər içində şəhər: Antakya muzeyi

Antakya muzeyi: təsadüfən kəşf edilən, şəhər içində şəhər. 2300 illik tarix, dünyanın ən böyük mozaikası, zəlzələyə meydan oxuyan tikili.

0
2026-06-19 12:02
|
529

Ağababa Bünyadzadənin doğum günü

Xalq artisti Ağababa Bünyadzadənin doğum günü münasibətilə həyat və yaradıcılığı haqqında məlumat.

0
2026-06-19 07:32
|
401

Cavan Zeynallı: Mən çox yaxşıyam

Cavan Zeynallı sağlamlığı ilə bağlı yayılan iddiaları təkzib edərək 'Mən çox yaxşıyam' dedi.

0
2026-06-15 13:33
|
683

Bakıda həftənin mədəni tədbirləri

15-21 iyun 2025-ci il tarixlərində Bakıda keçiriləcək mədəni tədbirlər: teatr tamaşaları, konsertlər və xoreodramalar. Bilet qiymətləri və ətraflı afişa.

0
2026-06-15 07:02
|
369

Flora Kərimovanın son durumu: Müalicə davam edir

Xalq artisti Flora Kərimovanın son durumu açıqlanıb. Müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

0
2026-06-15 07:00
|
624

Xankəndidə Milli Qurtuluş Gününə həsr olunmuş konsert

Xankəndi Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş konsert. Bakı Dövlət Kamera Orkestri və solistlər çıxış edib.

0
2026-06-15 04:01
|
481

İrlandiyada nəhəng vikinq məskəni tapıldı

Arxeoloqlar İrlandiyada ən böyük vikinq yaşayış məskənini aşkar etdilər. Vudstaundakı qazıntılar vikinq dövrünə aid nəhəng tikilini üzə çıxardı.

0
2026-06-15 02:00
|
824

"Obsessiya" filmi büdcəsini 350 dəfə qatlayıb

"Obsessiya" qorxu filmi 750 min dollarlıq büdcəsini 350 dəfə qatlayaraq 265 milyon dollar gəlir əldə edib.

0
2026-06-14 13:01
|
806

Xudayar Yusifzadənin büstünü yaradan heykəltaraş

Heykəltaraş Teymur Qəribovun Xudayar Yusifzadə büstünü yaratma hekayəsi. Sənətçinin yaradıcılıq yolu və fəlsəfi yanaşması.

0
2026-06-13 17:00
|
492

Flora Kərimova xəstəxanada, Mehriban Əliyevanın nəzarəti altında

Xalq artisti Flora Kərimova xəstəxanaya yerləşdirilib, müalicəsi Mehriban Əliyevanın nəzarəti altında aparılır.

0
2026-06-12 06:02
|
974

Xalq artisti Hacıbaba Bağırovun doğum günü

Xalq artisti Hacıbaba Bağırovun doğum günü münasibətilə onun həyat və yaradıcılığı haqqında məlumat.

0
2026-06-11 07:03
|
691

Təbii intellekt sərgisi: Elm və incəsənət bir arada

Təbii intellekt sərgisi Elm və incəsənəti birləşdirir. Azərbaycan Milli Xalça Muzeyində açılan sərgi 14 iyuna qədər davam edir.

0
...