Heykəltaraş Teymur Qəribovun sənətə marağı uşaqlıqdan başlayıb.
Kiçik yaşlarında müxtəlif materiallarla fiqurlar hazırlayıb və yaradıcılıq həvəsi formalaşıb.
1993-cü ildə İncəsənət gimnaziyasında oxuyub, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heykəltaraşlıq fakültəsini bitirib.
Daha sonra Rəssamlıq Akademiyasında magistratura təhsili alıb. 2005-ci ildən Rəssamlar İttifaqının üzvüdür.
Xüsusi əsərlərindən biri İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin büstüdür.
25 ildir emalatxanasında işləyən sənətkar fəlsəfi məzmunlu əsərlər yaradır.
2022-ci ildən Rəssamlıq Akademiyasında pedaqoq olaraq çalışır.












