Bond.az White LogoBond.az Black Logo

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

Azərbaycanda hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi qanun layihəsi qəbul olundu. Jeton identifikasiya nömrəsi və qan qrupunu ehtiva edir.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.

Oxu.Az xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçular xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin olunacaqlar. Jetonun təsviri, xüsusiyyətləri və uçot qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Şəxsi jeton, həlak olmuş, ölmüş və ya xəsarət almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsi və qan qrupunu əks etdirən nişandır.

Sənəddə vurğulanır ki, hərbi qulluqçular döyüş əməliyyatları və fövqəladə hallarda həlak ola və ya xəsarət ala bilərlər. Belə hallarda şəxsiyyətin operativ müəyyən edilməsi və tibbi yardımın vaxtında göstərilməsi həyati əhəmiyyət daşıyır. Beynəlxalq təcrübədə geniş tətbiq edilən bu mexanizmin qanunvericiliyə daxil edilməsi təklif olunur.

Layihə müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Digər Xəbərlər
2026-07-05 15:02
|
343

Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı

Müdafiə Nazirliyi həftəlik icmalını video formatında təqdim edib. Həftə ərzində baş vermiş hadisələr öz əksini tapıb.

0
2026-07-04 06:31
|
770

Naxçıvanda hərbi təlim toplanışı başa çatdı

Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı başa çatdı. Qeydiyyat, tibbi müayinə, atış təlimləri və mükafatlandırma barədə məlumat.

0
2026-07-02 19:00
|
935

MN elektron xidmətlər portalı sadə və əlçatan

Müdafiə Nazirliyi elektron xidmətlər portalının sadə və əlçatan olduğunu vurğulayıb.

0
2026-07-02 14:01
|
927

Azərbaycan Ordusunun sülhməramlı bölmələri hansı ölkələrdə?

Azərbaycan Ordusunun sülhməramlı bölmələrinin fəaliyyət göstərdiyi ölkələr və beynəlxalq əməkdaşlıq haqqında hesabat.

0
2026-07-01 15:00
|
368

Azərbaycan və Bolqarıstan hərbi polisi əməkdaşlığı gücləndirir

Azərbaycan və Bolqarıstan hərbi polisi əməkdaşlığı gücləndirir. İkitərəfli görüşdə daxili təhlükəsizlik və birgə təlimlər müzakirə olunub.

0
2026-06-29 21:30
|
291

Böyük Britaniya ilə hərbi əməkdaşlıq Azərbaycan Ordusunu gücləndirir

Azərbaycan və Böyük Britaniya arasında müdafiə əməkdaşlığı ordunun güclənməsinə necə təsir edir? Hərbi təhsil, kibertəhlükəsizlik və birgə təlimlər.

0
2026-06-29 16:01
|
876

Hərbi Hava Qüvvələri kursuna qəbul başladı

Milli Müdafiə Universitetinin Hərbi Hava Qüvvələri üzrə zabit hazırlığı kursuna sənəd qəbulu başlayıb. 35 yaşadək kişilər müraciət edə bilər.

0
2026-06-28 21:30
|
889

Süni intellekt ordunun inkişafını necə formalaşdırır?

Süni intellekt əsaslı hərbi sistemlərin Azərbaycan Ordusunun inkişafına təsiri haqqında Baku TV-nin Yekunlaşdıraq verilişində müzakirə olunan mövzular.

0
2026-06-28 16:31
|
828

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

Müdafiə Nazirliyinin həftəlik video icmalı: son hadisələr və xəbərlər.

0
2026-06-26 16:32
|
682

Kursantlarımız Qazaxıstanda hərbi toplanışda

Azərbaycan kursantları Qazaxıstanda XII Beynəlxalq Aybın-2026 hərbi vətənpərvərlik toplanışında iştirak edir.

0
2026-06-26 16:01
|
341

Tarixçi: Müasir ordular içində ilk onluqdayıq

Tarixçi Bəxtiyar Məhərrəmov Azərbaycan Ordusunun müasir ordular içində ilk onluqda olduğunu bildirib.

0
2026-06-26 12:30
|
415

Zakir Həsənov yeni generallara rütbələr təqdim etdi

Müdafiə naziri Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi. Prezidentin sərəncamı ilə general-mayor rütbəsi alan zabitlərə təbriklər çatdırıldı.

0
...