Ağcabədi rayonunda su kanalından qadın meyiti tapılıb.
Hadisə Yuxarı Qarabağ kanalının Təzəkənd kəndi yaxınlığında qeydə alınıb.
Meyitin Tərtər rayonu, Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Rüstəmovaya aid olduğu müəyyənləşib.
Meyit dövlət qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq təhvil verilib.












