Tanınmış vəkil Pərviz Məmmədovla AYNA arasında məhkəmə çəkişməsi baş tutub.
Vəkil Bülbül prospektində avtomobilini saxlayaraq parklanma haqqı ödəyib, lakin qadağan nişanına görə 20 manat cərimə alıb.
Vəkil 2 manat parklanma pulunun əsassız ödənildiyini iddia edib.
AYNA iddianı qəbul etməsə də, məhkəmə vəkilin tələbini dəstəkləyib.
Nəticədə AYNA 2 manat parklanma haqqını və 30 manat dövlət rüsumunu ödəməlidir.












