Bakının Nizami rayonunda, Babək prospektində açıq ərazidə başlayan yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a bildirilib ki, yanğınsöndürənlər çevik müdaxilə edərək alovun yayılmasının qarşısını alıblar.
Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb. Ətraf ərazilər, o cümlədən ağaclıq sahə mühafizə olunub.
Hadisə Babək prospekti, 485 ünvanında qeydə alınıb. İlkin məlumata görə, alov quru otluq sahəni bürüyüb. FHN əməkdaşları hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.












