Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
118A nömrəli marşrut avtobusu geriyə manevr edərkən yol kənarındakı yarımçıq tikiliyə çırpılıb.
Hadisə iyunun 7-də saat 21:22-də qeydə alınıb. Avtobusun tikilinin konstruksiyasına dəydiyi görünür.












