Bakıda qadın sürücü idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb.
Oxu.Az-ın məlumatına görə, Şəfəq Fərman qızı Məmmədova "Mazda" markalı avtomobillə Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında hərəkətdə olarkən piyada Arzu Əhməd qızı Əliyevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.












