Bakının Nəsimi rayonunda polis quldurluq və oğurluq hadisələrini açıqlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları iki cinayəti üzə çıxarıb.
İlk hadisədə Əli Mürsəlov və Tunar Hacınskiy tanışlarını görüşə çağıraraq döyüb və 4700 manatlıq telefonunu oğurlayıblar. Hər iki şəxs saxlanılıb.
Digər hadisədə marketdən oğurluq edən Toğrul Əliyev yaxalanıb. Araşdırmalar davam edir.












