Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.
Hadisə Mikayıl Muşfiq və Şota Rustavelli küçələrinin kəsişməsində baş verib. M.Cəfərovanın idarə etdiyi "Jetour" markalı avtomobil Habil Əbdürrəhmanovun "Prius" markalı maşını ilə toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir. Faktla bağlı araşdırma aparılır.












