Göyçayda 31 yaşlı qadın qətlə yetirilib.
Hadisə bu gün saat 16 radələrində Qarabaqqal kəndindəki kafedə baş verib.
38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı Vəfa Ağakərimovaya kəsici alətlə hücum edib. Qadın hadisə yerində ölüb.
Polis T.İbrahimovu saxlayıb. Faktla bağlı araşdırma aparılır.




