Kəlbəcər rayonunda Azərbaycan Ordusunun hərbçisi həyatını itirib.
Gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həlak olub.
Hadisə Ömər aşırımı istiqamətində qeydə alınıb. O, yıxılan əsgəri xilas edərkən özü həyatını itirib. Əsgər isə xilas edilib.
Onun ailəli olduğu, övladının olmadığı bildirilir.
Müdafiə Nazirliyinə sorğu göndərilib.












