Şəmkirdə məktəb direktoru vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilir ki, Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru Alidə Hüseynova dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.












