Şamaxı-Muğanlı-İsmayıllı yolunda ağır yol qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Muğanlı aşırımında qeydə alınıb.
Evakuator daşıdığı Toyota Prius ilə birlikdə yol kənarına aşıb.
Qəza nəticəsində bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.












