Naxçıvanda Arpaçay çayında köməksiz vəziyyətdə qalan şəxs xilasedicilər tərəfindən xilas edilib.
FHN-in "112" xəttinə daxil olan məlumata görə, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi yaxınlığında baş verib.
Çay yatağında traktorla iş görən Elmir Cəfərov (1987-ci il təvəllüdlü) qəfil sel səbəbindən çətin vəziyyətə düşüb.
Xilasedicilər operativ müdaxilə edərək vətəndaşı xilas ediblər.












