Sosial şəbəkələrdə Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobillə bağlı yayılan məlumatlar polis tərəfindən araşdırılıb.
APA-ya istinadən Oxu.Az-ın məlumatına görə, araşdırmalar nəticəsində nəqliyyat vasitəsinin sahibi müəyyən edilib.
Məlum olub ki, avtomobil xuliqanlıq zəminində baş vermiş hadisədən sonra ərazidə saxlanılaraq tərk edilib.
Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam edir.












