Şüvəlan qəsəbəsində dənizdə çimən şəxs boğularaq həyatını itirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev dənizdə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırmalara rayon prokurorluğu tərəfindən başlanılıb.












