Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb.
Hadisə rayonun Dondar Quşçu kəndi ərazisində baş verib.
Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub.
Hadisə yerinə FHN xilasediciləri və polis cəlb olunub. Axtarışlar davam edir.












