Bond.az White LogoBond.az Black Logo

Vurulan gəmidəki azərbaycanlıdan xəbər yox

İyun hadisəsindən sonra azərbaycanlı gəmi mexaniki Qismət Əliyevdən xəbər yoxdur. Ailəsi narahatdır.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

İyunun 5-nə keçən gecə baş vermiş gəmi hadisəsindən sonra Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Qismət Nadir oğlu Əliyevdən hələ də xəbər yoxdur.

Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunun Diyallı kənd sakini olan Qismət Əliyev Türkiyədən Rusiyaya doğru hərəkət edən, "Cunda" şirkətinə məxsus "Zirkon" yük gəmisində baş mexanik vəzifəsində çalışıb.

Hadisədən sonra ailəyə gəminin vurulduğu barədə məlumat verilib. Bildirilib ki, axtarış-xilasetmə işlərinə xüsusi heyət cəlb olunsa da, artıq bir neçə gündür ailə üzvləri onun taleyi ilə bağlı dəqiq məlumat ala bilmirlər.

Qismət Əliyevin yaxınları ondan gələcək hər hansı xəbəri böyük narahatlıqla gözlədiklərini bildiriblər.

Digər Xəbərlər
Bu gün / 13:02
|
736

Toy karvanında avtoxuliqanlıq edənlər saxlanıldı

Salyanda toy karvanında avtoxuliqanlıq edən iki sürücü polis tərəfindən saxlanıldı. Sərxoş və hüquqsuz idarəetməyə görə biri həbs edildi, digərinin hüququ məhdudlaşdırıldı.

0
Bu gün / 13:01
|
502

Bakıda gecəyarı dava: ölən və yaralı var

Bakıda gecəyarı dava: bir nəfər bıçaqlanaraq öldürüldü, bir nəfər yaralandı. Şübhəli saxlanıldı.

0
Bu gün / 10:33
|
773

Goranboyda iki ölümlü qəza

Goranboyda VAZ-2107 və VAZ-2106 toqquşması nəticəsində 2 nəfər öldü, yaralılar var. Faktla bağlı araşdırma aparılır.

0
Bu gün / 09:33
|
764

Bakıda 8-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Bakıda Xətai rayonunda üçyaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq sağ qalıb. Hadisə gecə saatlarında baş verib, araşdırma aparılır.

0
Bu gün / 08:00
|
886

Abşeronda qadını elektrik cərəyanı vurdu

Abşeronda Qobu qəsəbəsində qadın elektrik cərəyanından ölüb. Könül Qurbanova hadisə yerində dünyasını dəyişib.

0
Bu gün / 07:31
|
276

Araz çayında 11-ci sinif şagirdi batdı

Araz çayında 11-ci sinif şagirdi batıb: axtarışlara dalğıclar cəlb edilib.

0
Bu gün / 06:31
|
738

KamAZ piyadanı vurub öldürdü

Sabunçu rayonunda KamAZ piyadanı vuraraq öldürüb. Hadisə gecə saat 1:35-də baş verib, faktla bağlı cinayət işi açılıb.

0
Bu gün / 06:30
|
624

Bakıda avtobus yarımçıq tikiliyə çırpıldı

Bakıda 118A nömrəli avtobus Zabrat qəsəbəsində yarımçıq tikiliyə çırpılıb. Hadisə iyunun 7-də baş verib, video görüntülər təqdim olunur.

0
Bu gün / 06:01
|
706

İsmayıllıda avtomobil yanıb

İsmayıllıda avtomobil küçədə yanıb, hadisə Diyallı kəndində baş verib.

0
Dünən / 21:30
|
225

Cəlilabadda ilan sancması: ot bağlaması təhlükəsi

Cəlilabadda ot bağlaması yükləyən zaman ilan sancması hadisəsi: 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

0
Dünən / 20:31
|
925

Ukraynada itkin düşən azərbaycanlının nəşi tapıldı

Rusiya-Ukrayna müharibəsində itkin düşən Azərbaycan vətəndaşı Vaqif Qəhrəmanovun nəşi tapıldı. O, Rusiya ordusunda döyüşüb və həlak olub.

0
Dünən / 18:30
|
867

Ağdaşda su kanalında meyit tapıldı

Ağdaşda su kanalında 1963-cü il təvəllüdlü kişi meyiti tapılıb. İlkin ehtimallara görə, ölüm ehtiyatsızlıq nəticəsində baş verib.

0
...
Vurulan gəmidəki azərbaycanlıdan xəbər yox | Bond.az