Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə, Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında gümüş medal qazanıb.
49 kq çəki dərəcəsində mübarizə aparan idmançımız, final görüşündə Ukraynalı Olena Kolubay ilə qarşılaşıb. Görüş rəqibin 10:0 hesablı qələbəsi ilə başa çatdığı üçün təmsilçimiz ikinci yeri tutub.
Qeyd edək ki, qitə birinciliyi mayın 17-də yekunlaşacaq.












