2026-cı il dünya çempionatının final oyunundan sonra mükafatlandırma mərasimində ABŞ Prezidenti Donald Tramp iştirak edəcək. Bu barədə FIFA prezidenti Canni Infantino "Fox News"a müsahibəsində bildirib.
İnfantinonun sözlərinə görə, o, iyulun 19-da həlledici oyunu Trampla birlikdə izləyəcək. Matç bitdikdən sonra hər ikisi səhnəyə çıxaraq çempion komandaya kuboku təqdim edəcək.
Qeyd edək ki, final matçı İst-Raterfordda (Nyu-Cersi), "MetLife Stadium"da keçiriləcək.












