Səbail futbol klubunun baş məşqçisi Adil Şükürovla yollar ayrıldı. Onu əvəz edəcək mütəxəssis məlumdur.
Oxu.Az-ın məlumatına görə, komandaya Elnur Abdullayev rəhbərlik edəcək. O, əvvəl Şahdağ Qusarın baş məşqçisi olub.
Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından Səbaildə çalışırdı. Müqavilə müddəti uzadılmayıb.












