ABŞ daxili təhlükəsizlik naziri Markveyn Mullin, 2026-cı il futbol üzrə dünya çempionatında matçları idarə etməli olan somalili hakim Ömər Əbdülkadir Artanın ölkəyə buraxılmamasına aydınlıq gətirib.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qərarın səbəbi hakimin terror təşkilatları ilə əlaqəli olması şübhəsidir.
"Məhkumluğu olan və ya cinayətkar qruplarla əlaqəsi ola biləcək şəxslərin ölkəyə girişinə icazə verməyəcəyik. Onun qurban olduğu iddiası yanlışdır", - deyə Mullin bildirib.
DÇ-2026 iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.












