"Araz-Naxçıvan" daha iki futbolçu ilə yeni müqavilə imzalayıb.
Klub Slavik Alxasov və Ömər Buludovla anlaşmanın müddətini uzadıb.
Yeni müqaviləyə əsasən, hər iki futbolçu növbəti mövsümdə də Naxçıvan təmsilçisinin uğurları üçün mübarizə aparacaq. Tərəflər arasında imzalanan müqavilənin müddəti bir ildir.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni müqavilə bağladığını açıqlamışdı.












