"Atletiko Madrid" rəhbərliyi Xulian Alvaresin transferi ilə bağlı "Real Madrid"in irəli sürdüyü 150 milyon avroluq nəhəng təklifi rədd edib.
"Kral klubu" argentinalı ulduz futbolçunu bu məbləğ qarşılığında heyətinə qatmaq istəsə də, Madrid derbisində rəqibinin təklifi geri çevrilib.
26 yaşlı hücumçu Argentina yığmasında 51 oyunda 14 qol və 4 asistlə yadda qalıb. O, 2022 dünya çempionu, ikiqat Amerika Kuboku və Finalissima qalibidir.
Ötən mövsüm "Atletiko"da 49 matçda 20 qol və 9 asist edən Alvaresə "Barselona" da 100 milyon avro təklif etmiş, lakin rədd cavabı almışdı.












