Bu gün "Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın qərargahında Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq və bu komandalarla qarşılaşa bilər: "Beşiktaş", "Tvente", "Tromse", "Sankt Qallen", "Hammarbü" və bəzi cütlərin qalibləri.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə oynayacaq (9 və 16 iyul).












